“Spotify”da lider oldu - Video

spotifyda-lider-oldu
Oxunma sayı: 1530

Kanadalı müğənni The Weeknd son bir ayda “Spotify”da dinləyici sayına görə lider olub.

“Qafqazinfo” xəbər verir ki, müvafiq statistikanı musiqi servisi yayıb.

The Weeknd-in kompozisiyalarının dinləyici sayı ay ərzində 85,7 milyon təşkil edib. “Daily Mail” nəşrinin yazdığına görə, bu uğur ifaçının yanvarın 7-də işıq üzü görən yeni “Dawn FM” adlı albomunun populyarlığı ilə bağlıdır.

İkinci yerdə 83,3 milyon dinləyici ilə kanadalı müğənni Castin Biber qərarlaşıb.

Qeyd edək ki, “Spotify” servisi 2008-ci ildə işə salınıb. Bugünkü gündə 381 milyondan çox istifadəçisi var.

Videonu buradan izləyə bilərsiniz