“Sputnik Litva”nın baş redaktoru Latviyanı tərk etdi

sputnik-litvanin-bas-redaktoru-latviyani-terk-etdi
Oxunma sayı: 1231

“Sputnik Litva”nın baş redaktoru Marat Kasem Latviyanı tərk edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova “Sputnik” radiosunun efirində deyib.

“Cinayət təqibinin bərpa olunacağından qorxan Marat Kasem fürsətdən istifadə edərək ölkəni tərk etdi”, - o bildirib.

Xatırladaq ki, yanvarın 5-də Kasem Latviya xüsusi xidməti orqanları tərəfindən saxlanılmış və məhkəmə qərarı ilə həbs olunmuşdu. Onun casusluqda və Aİ-nin Rusiya Federasiyasına qarşı iqtisadi sanksiyalarını pozmaqda şübhəli olduğu bildirilirdi. Aprelin 27-də Kasem şərti azadlığa buraxılmışdı.