Rejissor Hvanq Donq-hyukun çəkdiyi Cənubi Koreyanın məşhur “Squid game” serialının ikinci mövsümünün yayımlanacağı tarix məlum olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Netflix” məlumat yayıb.
Bildirilib ki, serialın ikinci mövsümü dekabrın 26-da işıq üzü görəcək.
Tamaşaçılar layihənin finalı olacaq üçüncü mövsümünü də izləyə biləcəklər. Bu, 2025-ci ildə izləyicilərə təqdim olunacaq.
Qeyd edək ki, “Squid game” maddi çətinliklər üzündən gizli sağ qalmaq oyununda iştirak etməyə qərar verən bir qrup insan haqqındadır. 2021-ci ilin sentyabrında premyerasından sonra layihə “Netflix” tarixində ən populyar serial olub. Yayımda olan ilk 17 gündə onu 11 milyondan çox, ilk ayda isə 111 milyon istifadəçi izləyib.
Son xəbərlər
Son Xəbərlər