“SR Group” şirkətlər qrupu da Prezidentin çağırışına qoşuldu

sr-group-sirketler-qrupu-da-prezidentin-cagirisina-qosuldu
Oxunma sayı: 2662

“SR Group” şirkətlər qrupu ölkəmizdə koronavirus epidemiyaya yoluxma hallarının qarşısının alınması məqsədilə aparılan profilaktik tədbirlərin gücləndirilməsi və həmrəylik göstərməsi barədə dövlət başçısının çağırışına dəstək olaraq bundan sonra da üzərinə düşən sosial məsuliyyəti yerinə yetirməyə hazırdır və eyni zamanda koronavirusla mübarizə çərçivəsində Operativ Qərərgahın tövsiyyələrinə tam riayət edir. 

"Qafqazinfo" xəbər verir ki, şirkətlər qrupu Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli fərmanı ilə xəstəliyin yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək üçün yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 000 AZN məbləğində ianə etmişdir.

“Texnomart” mağazalar şəbəkəsi, “Sağlam diş” dental klinikası və “Autostar Kaukasus” GmbH  (Mercedes Benz avtomobil brendinin rəsmi partnyoru), “Skaz Autohouse” MMC (SKODA avtomobil brendinin Azərbaycanda rəsmi distribyutoru) “SR Group” şirkətlər qrupuna daxildir.