Aprelin 26-da Şri-Lankanın şərqində yerləşən Kalmuna şəhərində baş vermiş 3 partlayış nəticəsində 15 nəfər həlak olub.
“Qafqazinfo”nun “İnterfaks”a istinadən verdiyi xəbərə görə, ölənlər arasında 6 uşaq, 3 qadın və 6 kişi var. Onların cəsədi partlayışdan sonra evlərin birində aşkarlanıb.
Xatırladaq ki, aprelin 21-də Şri-Lankada baş vermiş 8 partlayışda 253 nəfər ölüb, 521 nəfər yaralanıb.
Son xəbərlər
Son Xəbərlər