“Qafqazinfo” mərhum prezidentin həyat və fəaliyyətinin bəzi məqamlarını oxuculara təqdim edir. E. Şevardnadze 25 yanvar 1928- ci ildə anadan olub. 1985-1990-cı illər arasında və 1991- ci ildə SSRİ-nin xarici işlər naziri vəzifəsində çalışıb. 1992-2003-cü illərdə isə Gürcüstanın prezidenti olub. O Gürcüstanın ilk prezidenti Zviad Qamsahurdianın devrilməsi nəticəsində iqtidara gəlib. Mixail Saakaşvilinin başçılığı altında müxalifət tərəfindən 2003- cü ildə iqtidardan ayrılmaq məcburiyyətində qalıb.
E.Şevardnadze müəllim ailəsində doğulub. Gürcüstan Kommunist Partiyasının məktəbində təhsil alıb. Həyatına iki dəfə sui-qəsd edilib. Hakimiyyətdə olduğu dövrdə ən böyük problem Abxaziya və Şimali Osetiya məsələsi ilə bağlı olub. 2003- cü ilin oktyabrın 2-də keçirilən parlament seçkilərinə hiylə qarışdırıldığı iddiası ilə başlanan aksiyalar nəticəsində başda Mixail Saakaşvili olmaqla digər müxalifət liderlərinin çağırışına əməl edərək vəzifəsindən ayrılıb.
Qeyd edək ki, E. Şevardnadze mərhum prezident Heydər Əliyevin yaxın dostlarından biri olub.