SSRİ-nin sabiq naziri dünyasını dəyişdi

ssri-nin-sabiq-naziri-dunyasini-deyisdi
Oxunma sayı: 3317

Rusiyalı jurnalist, SSRİ-nin keçmiş İnformasiya və Mətbuat naziri Mixail Nenaşev dünyasını dəyişib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Jurnalistlər Birliyinin mətbuat katibi Timur Şafir məlumat verib. Birlik üzvləri adından 90 yaşlı jurnalistin yaxınlarına başsağlığı verilib.

Qeyd edək ki, Nenaşev “Sovet Rusiyası” qəzetinin baş redaktoru olub.