SSRİ Xalq artisti xəstəxanalıq oldu

ssri-xalq-artisti-xestexanaliq-oldu
Oxunma sayı: 1295

SSRİ Xalq artisti, Rusiya Dövlət Akademik Malıy Teatrının bədii rəhbəri, aktyor Yuri Solomin Moskvadakı xəstəxanaların birinə yerləşdirilib.

“Qafqazinfo” “REN TV”yə istinadən bildirir ki, artistin vəziyyəti ağır qiymətləndirilir.

Bəzi məlumatlara görə, bir neçə gün evdə yüksək hərarət içində yatan Solomin daha sonra təcili yardım çağırıb. Tibb işçiləri onu hospitalizə etmək qərarına gəlib.