Stadiona gizlin girən klub prezidentinə yeni cəza

stadiona-gizlin-giren-klub-prezidentine-yeni-ceza
Oxunma sayı: 774


“Qafqazinfo” xəbər verir ki, birinci divizionda çıxış edən “Qaradağ Lökbatan”ın prezidenti Tahir Mustafayev 10 oyunluq stadiona giriş qadağası olsa da, komandasının “Şəmkir”ə qarşı keçirdiyi oyunu stadiondan izləyib. 

Bu barədə faktlar əldə edən AFFA bu məsələni araşdırıb. Bu səbəbdən də klub prezidentinə verilmiş cəzaya 1 oyun əlavə olunub. Mustafayevə xəbərdarlıq da edilib. Bu hal yenidən təkrarlanacağı halda ona qarşı daha ciddi tədbir görüləcək.