“Stadionda istədiyimiz qədər azarkeş yox idi”

“Stadionda istədiyimiz qədər azarkeş yox idi”
Oxunma sayı: 3439

“Yaxşı başlamaq bizim üçün önəmli idi. Yüksək keyfiyyətə malik rəqibə qarşı oynayırdıq. Oyunumuzu daha da yaxşılaşdırmağa çalışacağıq”.

“Qafqazinfo” xəbər verir ki, bunu Uels millisinin baş məşqçisi Rob Peyc AVRO-2020-nin qrup mərhələsində İsveçrə ilə keçirilən ilk görüşün ardından deyib.

Bakı Olimpiya Stadionunda keçirilən görüşdə britaniyalılar rəqiblə qollu heç-heçə edib – 1:1.

Matçdan sonra təşkil olunan mətbuat konfransında Peyc azsaylı azarkeşlərin onları çox gözəl dəstəklədiklərini söyləyib: “İstədiyimiz qədər azarkeş yox idi. Amma himn oxunanda Uels azarkeşlərini eşidirdim. Qol vurduğumuz anda uesli azarkeşlərin səsi möhtəşəm idi. Onların burada daha çox olmasını istərdik”.

Baş məşqçi iyunun 16-da Bakıda Türkiyəyə qarşı keçirəcəkləri növbəti görüşlə bağlı fikirlərini də bölüşüb: “Hər oyunda qələbə qazanmağa çalışırıq. Fikrimcə, qrupdan çıxmaq üçün 4 xal kifayət edər. Heç bir komandadan çəkinmirik. Növbəti rəqib Türkiyənin oyun üslubuna uyğun heyəti quracağam. Onlar hörmətə layiq komandadırlar. Ancaq biz də çəkinmirik, məqsədimiz növbəti matçda Türkiyəyə qalib gəlməkdir”.