Ekvador çempionatının B seriyasında maraqlı hadisə baş verib.
“Qafqazinfo” xəbər verir ki, “Manta” və “Portoviejo” klubları arasındakı oyunda stadiona arılar hücum edib.
Qarşılaşmanın 27-ci dəqiqəsinə təsadüf edən hücum zamanı meydançada olan futbolçular və hakimlər yerə uzanmaq məcburiyyətində qalıblar. Onlar yalnız təhlükə sovuşduqdan sonra ayağa qalxıblar.
Qeyd edək ki, oyun “Manta”nın 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Son xəbərlər
Son Xəbərlər