Stadionun adı dəyişdirilir

stadionun-adi-deyisdirilir
Oxunma sayı: 637

“Qafqazinfo” AFFA-nın saytına istinadən xəbər verir ki, bu barədə AFFA və Bakcell şirkəti razılığa gəliblər. “Bakcell Arena”nın brendinq prosesinə yaxın vaxtlarda start veriləcək. Stadionun girişindən tutmuş tribunalara və soyunma-geyinmə otaqlarına qədər hər yer xüsusi brendinq planına uyğun olaraq yüksək səviyyədə tərtib olunacaq.

Qeyd edək ki, 11 min tamaşaçı yeri olan “Bakcell Arena” ümumi, media və VİP olmaqla üç giriş hissədən və beş sektordan ibarətdir. Tribunada ailə baxış və 17 skayboks VİP, tribunanın alt hissəsində komandaların istifadəsi üçün dörd soyunma-geyinmə, məşqçilər, hakimlər, həkimlər, mətbuat nümayəndələri üçün otaqlar və konfrans zalları, dopinq-nəzarət və digər otaqlar yerləşir. Stadionun 400 avtomobil tutan dayanacağı var.