Stadionun direktoru vəzifəsinə müsabiqə elanı - Nazir danışdı

stadionun-direktoru-vezifesine-musabiqe-elani
Oxunma sayı: 1939

Gənclər və idman naziri Azad Rəhimov Akif İsmayılovun Tofiq Bəhramov adına Respublika Stadionunun direktoru vəzifəsindən istefasına münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, nazir report-a açıqlamasında A.İsmayılovun səhhətindəki problemlərlə əlaqədar öz ərizəsi əsasında tutduğu vəzifədən azad olunduğunu söyləyib.

Onun sözlərinə görə, hələlik yeni təyinat gerçəkləşməyib:

"Biz müsabiqə elan etmişik. Bunun əsasında kimin təyin olunacağını biləcəyik. Üstəlik, stadionun icarədarı "Qarabağ" klubu ilə danışıqlar aparırıq. Yeni təyinatda onların da rolu olacaq".

Nazir "Qarabağ"ın oktyabrın 1-də Belçika "Anderlext"i ilə keçirəcəyi Avropa Liqasının qrup mərhələsinin II tur matçına hazırlaşan Respublika Stadionunun ot örtüyündə hər şeyin qaydasında olduğunu və işlərin getdiyini də əlavə edib.