Stadionun elektriki üçün yeni yarımstansıya quruldu

stadionun-elektriki-ucun-yeni-yarimstansiya-quruldu
Oxunma sayı: 1350


“Azərişıq”dan “Qafqazinfo”ya verilən məlumata görə, 35/6 kv-luq “Koroğlu” və 35 saylı yarımstansiyaları “Olimpiya stadionu” yarımstansiyası ilə 35 kv-luq kabel xətləri ilə əlaqələndirilib. Olimpiya stadionunun elektrik təhcizatı bir-birindən asılı olmayan 4 müxtəlif 220 kv-luq güc mərkəzlərindən qidalanan 110 kv-luq yarımstansiyaların 35 kv-luq şəbəkəsi ilə təchiz olunur. Avropa oyunlarının keçiriləcəyi ərazilərdə, o cümlədən oyunlarla əlaqəli obyektlərin enerji təchizatının tam dayanıqlılığının təminatı məqsədilə “Azərişıq” ASC-nin 110- кv-luq 204, ”Yeni Bayıl”, ”Xoca Həsən”, ”İçəri Şəhər”, ”Hava Limanı”, ”Dağlıq” və 35 кv-luq “Koroğlu”, 19, 35, 80, 81, 88, 99, 208, 217, 218, ”Gənclik”, ”Bayraq Meydanı”, 102, 109, 118 saylı yarımstansiyalarının texniki vəziyyətləri və avtomatikaları yoxlanılaraq SCADA sisteminə qoşulub.