“Stadionun kələ-kötürü hər iki komandaya təsir edəcək” - - “Seltik”in məşqçisi

stadionun-kele-koturu-her-iki-komandaya-tesir-edecek-
Oxunma sayı: 775


“Qafqazinfo” xəbər verir ki, o, sabahkı matça yaxşı köklənməyin önəmli rol oynayacağını bildirib: 

“Bizim üçün Bakıdakı matça köklənmək çox önəmlidir. Əgər bunu bacarsaq, nəticə yaxşı olacaq. Səfərdə keçirəcəyimiz oyunun baş tutacağı stadionun ot örtüyü haqqında eşitmişik. Yaxşı olardı ki, meydançada vəziyyət normal olsun. Doğurdan da, vəziyyət pis olsa, biz daha yaxşı çıxış etməyə çalışacağıq. Bizim Bakıya öncədən gedən əməkdaşlarımız stadionda vəziyyətin ürəkaçan olmadığını mənə telefonda dedilər. Bununla belə oyunun maraqlı olacağına  şübhə etmirəm. Stadionun kələ-kötür olması hər iki komandaya təsir edəcək. Çünki biz də, “Qarabağ”da qısa paslarla oynamağı sevirik. ”

Qeyd edək ki, “Qarabağ” – “Seltik” oyunu sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:30-da başlayacaq. İlk görüşdə Şotlandiya təmsilçisi 1:0 hesablı qələbə qazanıb.

Elsevər

“Qafqazinfo”