Stadnik finalda, Kolesnik gümüş medal qazandı - Yenilənib + Fotolar

stadnik-finalda-kolesnik-gumus-medal-qazandi
Oxunma sayı: 3646

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəylik Oyunlarında güləş yarışlarında çıxış edən Mariya Stadnikin övladları da tribunada yer alıb.

“Qafqazinfo” xəbər verir ki, ilk görüşündə qazaxıstanlı rəqibi Svetlana Ankiçevanı 34 saniyəyə məğlub edən xanım güləşçimizin qələbəsini övladları canlı izləyib.

Onlar əllərində Azərbaycan bayraqları ilə idmançıya dəstək olublar.

Qeyd edək ki, bu, M. Stadnikin V İslam Həmrəyliyi Oyunlarında ilk qələbəsidir.

***

Mariya Stadnik yarımfinalda tunisli Sarra Hamdi ilə qarşılaşıb. Rəqibini 39 saniyəyə 10:0 hesabı ilə məğlub edən Stadnik finala çıxıb. 

50 kq çəki dərəcəsində yarışan güləşçimiz ən azı bürünc medalı təmin edib.

***

Xanım güləşçimiz Alyona Kolesnik Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.

O, həlledici görüşdə türkiyəli idmançı Elmas Çelikə qalib gəlib.