“Standard İnsurance”ın 4 mənzili satışa çıxarılır

standard-insurancein-4-menzili-satisa-cixarilir
Oxunma sayı: 2231

Ləğv prosesində olan “Standard İnsurance” Sığorta Şirkətinin ləğvetmə komissiyası tərəfindən şirkətə məxsus rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 mənzil satışa çıxarılacaq. 

Bu barədə “Qafqazinfo”ya Ləğvetmə Komissiyasından məlumat verilib. 

Bildirilir ki, hərrac “Xəzəryanı ixtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC tərəfindən 19 may 2021-ci il tarixdə saat 11:00-da Bakı şəhəri, Səbail rayonu Ə.Cavid küc.,ev 15 mən 1 ünvanda keçiriləcək. 

Hərraca çıxarılan predmetin satış qiyməti 1 900 000 (bir milyon doqquz yüz min)  manat, iştirak haqqının məbləği 500  manat, behin məbləği isə 19 000 min  manatdır.