Stansiya ərazisində gizlətdiyi avtomat aşkarlandı

stansiya-erazisinde-gizletdiyi-avtomat-askarlandi
Oxunma sayı: 1707

Polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini Akşin Qasımov Azərbaycan Dəmir Yolları QSC-nin Xudat stansiyasının ərazisində saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan "Qafqazinfo"ya verilən məlumata görə, hal şahidlərinin iştirakı ilə onun üzərinə keçirilən baxış zamanı ondan narkotik vasitə aşkarlanaraq götürülüb.

A.Qasımovun ətrafında aparılan əməliyyat tədbirləri ilə onun Xudat stansiyası ərazisində odlu silah gizlətdiyi də müəyyən edilib və həmin əraziyə keçirilən baxış zamanı dəmir yolu kənarında yerləşən yarımtikilidən bir ədəd AKSU markalı avtomat, bir ədəd daraq və 20 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı Xaçmaz st. Xətt Polis Şöbəsində araşdırmalar aparılır.