Statistika Komitəsinin məhəccərləri oğurlandı

statistika-komitesinin-meheccerleri-ogurlandi
Oxunma sayı: 2847

Dövlət Statistika Komitəsindən oğurluq edilib.

“Qafqazinfo” xəbər verir ki, martın 24-də komitənin girişində pilləkənlərin məhəccərləri naməlum şəraitdə oğurlanıb.

Komitə oğurlanan məhəccərlərin 500 manat dəyərində olduğunu bildirib.

Cinayəti törədən şəxslərin müəyyən edilməsi və saxlanılması üçün Yasamal RPİ-də araşdırma aparılır.

Murad Əhməd