ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın XİN rəhbəri Frank-Valter Ştaynmayer Dağlıq Qarabağla bağlı bəyanat yayıb.
“Qafqazinfo”nun ATƏT-in saytına istinadən məlumatına görə, bəyanatda Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində vəziyyətin gərgin olduğunu vurğulanır. Ştaynmayer cəbhədə son hadisələr zamanı qeydə alınan insan itkilərinə görə çox təəssüfləndiyini də qeyd edib:
“Biz bu məsələnin həlli mexanizminin yaradılmasına dair səyləri dəstəkləyəcəyik və genişləndirilməsi üzərində çalışacağıq”.
Ştaynmayer Azərbaycan və Ermənistanın prezidentlərinin Vyana görüşünü müsbət dəyərləndiydiyini də bildirib.
Son xəbərlər
Son Xəbərlər