Ştaynmayerin Azərbaycana səfəri başa çatdı - Foto

staynmayerin-azerbaycana-seferi-basa-catdi
Oxunma sayı: 1860

Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana rəsmi səfəri aprelin 2-də başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Almaniya Prezidenti Frank-Valter Ştaynmayeri hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər yola salıblar.