Sterliqova qarşı cinayət işi qaldırıldı

sterliqova-qarsi-cinayet-isi-qaldirildi
Oxunma sayı: 1368


“Qafqazinfo” oxu.az-a istinadla xəbər verir ki, bu barədə biznesmenin maraqlarını təmsil edən vəkili Artur Ayrapetov məlumat verib. 

Öncə Rusiyanı tərk etmiş biznesmen bildirmişdi ki, ona təhlükə var.

Vəkilin sözlərinə görə, biznesmenin Rusiyadan çıxması ilə bağlı problemləri yaranıb. Bir neçə gün öncə Sterliqov Dağlıq Qarabağdan Moskvaya gedib. 

Məlumdur ki, şəxsi xarakterli müraciət yalnız biznesmenə qarşı deyil, həmçinin onun vəkilinə qarşı da verilib. Buna görə də, bütün hallarda olduğu ki, məhkəməyə bu cür müraciətlər veriləndə, avtomatik olaraq cinayət işi qaldırılır.  

Artur Ayrapetovun sözlərinə görə, məhkəməyə hazırda Tel-Əvivdə yaşayan İsrail vətəndaşı Milana Qorenşteyn müraciət edib. Vəkilin sözlərinə görə, qadın həmçinin onun vəkil statusunun alınması tələbi ilə bağlı da müraciət edib.

Məhkəməyə müraciətin səbəbi hələ dəqiq məlum deyil.