Hollivudun maraqla gözlənilən filmlərindən olan “The Dark Tower”in (“Qara qüllə”) ilk treyleri yayımlanıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ekran işinin rejissoru Nikolay Arseldir. Filmdə baş rolları İdris Elba, Mettyu Mkonauqey, Nikolas Hamilton, Katerin Vinnik və digərləri canlandırıblar.
Ssenariyə əsasən baş qəhrəman atıcı Roland Deşain, kainatı və bütün dünyaları xaosdan qoruyan Qara Qüllənin axtarışına çıxacaq. Onun əsas rəqibi qara geyimli adam olacaq.
“The Dark Tower” filminin premyerası 2017-ci ilin avqustda baş tutacaq.
Son xəbərlər
Son Xəbərlər