Fildişi Sahili milli komandasının sabiq futbolçusu Stiv Qohurinin meyiti tapılıb.
“Qafqazinf” xəbər verir ki, afrikalı oyunçu Reyn çayında ölü halda aşkar olunub.
Düsseldorf polisinin verdiyi açıqlamada 34 yaşlı futbolçunun cəsədinin dekabrın 31-də Krefeld qəsəbəsində tapıldığı bildirilib. Onun cəsədində hər hansı bir işgəncə əlamətinə rast gəlinməyib.
Qeyd edək ki, 3 həftədir ki, itkin düşən futbolçu daha öncə Münhenqladbax “Borussiya”sı və İngiltərənin “Viqan” klubunun şərəfini qoruyub.
Müdafiəçinin son iş yeri Almaniya həvəskarlar liqasında mübarizə aparan “TSV Steinbax” klubu olub.
Son xəbərlər
Son Xəbərlər