İsveçin Stokholm Arlanda Beynəlxalq Hava Limanı terror təhlükəsi ilə fəaliyyətini dayandırıb.
“Qafqazinfo” “The Independent”ə istinadən xəbər verir ki, bütün uçuşlar 1,5-2,5 saat müddətinə müvəqqəti olaraq dayandırılıb.
Qeyd olunub ki, limanın səmasında azı dörd pilotsuz uçuş aparatı aşkarlanıb.
Məlumata görə, yerli hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə ilə bağlı araşdırma aparır.
Bundan əvvəl isə naməlum dron Niderland hava limanlarından birinə yaxınlaşaraq “Wizz Air” şirkətinə məxsus “Airbus A320” təyyarəsinin ekipajını qorxuya salıb.