Stokholm polisi yük maşınını kütlənin üzərinə sürən sürücünün törətdiyi teraktla bağlı keçirilən mətbuat konfransında sorğu üçün axtarılan kişinin şəklini yayımlayıb.
“Qafqazinfo”nun “Gazeta.ru”ya istinadən verdiyi məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları həmin şəxsi terror aktında şübhəli bilir.
Qeyd edək ki, İsveçin paytaxtı Stokholmun mərkəzində yük maşınının kütlənin üzərinə hərəkət etməsi nəticəsində 3 nəfər həlak olub. Hadisə nəticəsində xəsarət alanların da olduğu bildirilir.
Son xəbərlər
Son Xəbərlər