İsveçin paytaxtı Stokholmda avtobus partlayıb. Partlayışdan sonra yanğın başlayıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, polisin məlumatına görə, hadisə baş verən zaman avtobusda sərnişin olmayıb. Sürücü ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Məlum olub ki, nəqliyyat vasitəsi yanacaq qismində qazdan istifadə edib.

Son xəbərlər
Son Xəbərlər