Stokholmda polis xüsusi əməliyyat keçirdi - Saxlanılanlar var

stokholmda-polis-xususi-emeliyyat-kecirdi
Oxunma sayı: 638

İsveçin paytaxtı Stokholmda polis iki xüsusi əməliyyat keçirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Aftonbladet” qəzeti məlumat yayıb

Əməliyyatlar şəhərin mərkəzində və Vorbreq rayonunda keçirilib. Vorbreqdə polis mənzillərdən birinə baxış keçirib və bir nəfəri saxlayıb. Mərkəzdə isə avtomobili dayandıraraq içərisindəki 3 nəfəri həbs edib.

Saxlanılanların terror hadisəsi ilə bağlılığı barəsində məlumat verilməyib.

Xatırladaq ki, Stokholda terrorçunun yük maşınını kütlənin üzərinə sürməsi nəticəsində 4 nəfər ölüb, 15 nəfər isə yaralanıb.