Stoltenberq ABŞ və Kanadaya səfər edəcək

stoltenberq-abs-ve-kanadaya-sefer-edecek
Oxunma sayı: 1253

NATO-nun Baş katibi Yens Stoltenberq iyunun 17-20-də ABŞ və Kanadaya səfər edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, Baş katib iyunun 17-də o, Vaşinqtonda ABŞ Prezidenti Co Baydenlə görüşəcək.

Stoltenberq dövlət katibi Antoni Blinkenlə də görüşəcək, ABŞ Senatında və bir sıra analitik mərkəzlərdə çıxışlar edəcək.

Kanadada isə onun Baş nazir Castin Trüdo ilə danışıqlar gözlənilir.