NATO Baş katibi Yens Stoltenberq və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Stoltenberq öz rəsmi tviter hesabında paylaşıb.
Onun sözlərinə görə, tərəflər söhbət zamanı Ukrayna ətrafındakı vəziyyəti müzakirə ediblər.
NATO Baş katibi fəal dəstəyinə və siyasi həll yolunun axtarılmasında şəxsən iştirakına görə Ərdoğana təşəkkür edib.
Son xəbərlər
Son Xəbərlər