Stoltenberq Ərdoğanla Finlandiya və İsveçin NATO-ya üzvlük məsələsini müzakirə etdi

stoltenberq-erdoganla-finlandiya-ve-isvecin-nato-ya-uzvluk-meselesini-muzakire-etdi
Oxunma sayı: 1711

NATO-nun Baş katibi Yens Stoltenberq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ankaranın etiraz etdiyi Finlandiya və İsveçin alyansa üzvlük müraciətlərini müzakirə edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Baş katib bu haqda tviter hesabında yazıb.

"Dəyərli müttəfiqimiz Türkiyə Prezidenti Ərdoğanla alyansın "açıq qapı" siyasətinin əhəmiyyətini, həmçinin Finlandiya və İsveçin üzvlük müraciətlərini müzakirə etdik.

Biz razılaşdıq ki, alyansın bütün üzvlərinin təhlükəsizlik problemlərini nəzərə almaq lazımdır” ,- deyə paylaşımda qeyd edib.