Yens Stoltenberq NATO-nun baş katibi postunu vaxtından əvvəl tərk etməyi planlaşdırmır və o, cari ilin oktyabrına qədər bu postda qalacaq.
“Qafqazinfo” xəbər verir ki, Yens Stoltenberq bu barədə MSNBC telekanalının efirində deyib.
“Mən vəzifəmdə qalacağam və NATO üçün heç bir dəyişiklik olmayacaq. Səlahiyyət müddətim bu ilin oktyabr ayında bitir. Mən bütün diqqətimi NATO-dakı vəzifəmə cəmləmişəm”, - deyə Alyansın baş katibi bildirib.
Onun sözlərinə görə, səlahiyyəti bitdikdən sonra Norveçə qayıdacaq və ölkənin Milli Bankının rəhbəri vəzifəsində çalışacaq.
Qeyd edək ki, Norveç hökuməti 2014-cü ildən NATO-ya rəhbərlik edən Yens Stoltenberqi Mərkəzi Bankın rəhbəri vəzifəsinə təyin edib.
Son xəbərlər
Son Xəbərlər