NATO-nun Baş katibi Yens Stoltenberq 2023-cü ilin payızında vəzifəsini tərk etmək niyyətində olduğunu təsdiqləyib.
“Qafqazinfo” xəbər verir ki, o, bu barədə bazar ertəsi “CNN” telekanalına müsahibəsində bildirib.
“Mən bu payızda ayrılıram. Əminəm ki, alyans məni əvəz edəcək layiqli adam tapacaq”.
Stoltenberq alyans üzvlərinin xahişi ilə qalmağa razı olub-olmadığını soruşduqda, hələ baş verməmiş bir şey haqqında spekulyasiya etmək istəmədiyini bildirib:
“Mən bütün diqqətimi NATO-nun Ukraynaya yardımına yönəltmişəm”.
Qeyd edək ki, NATO-nun sözçüsü Oana Lungesku fevralın 12-də DPA-ya bildirib ki, Stoltenberq bu ilin sentyabrında başa çatacaq səlahiyyət müddətini uzatmaq niyyətində deyil.
Son xəbərlər
Son Xəbərlər