Stoltenberq Zelenskinin NATO sammitinə dəvətini təsdiqlədi

stoltenberq-zelenskinin-nato-sammitine-devetini-tesdiqledi
Oxunma sayı: 1308

NATO-nun Baş katibi Yens Stoltenberq Ukrayna Prezidenti Volodimir Zelenskinin 28-30 iyun tarixlərində İspaniyanın Madrid şəhərində keçiriləcək NATO Sammitində iştirak edəcəyini təsdiqləyib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda NATO-nun mətbuat xidməti məlumat yayıb.

NATO-nun yeddi ölkəsinin liderlərinin görüşündən sonra Haaqada keçirilən brifinqdə Baş katib qeyd edib ki, Ukraynanın gələcəkdə güclü köməyə ehtiyacı var.

“Bu gün biz sammitə hazırlığı, o cümlədən Ukraynaya həm qısamüddətli, həm də uzunmüddətli perspektivdə güclü dəstəyin zəruriliyini müzakirə etdik. Madriddəki sammitimiz zamanı NATO liderləri qarşısında çıxış edəcək Prezident Zelenskini salamlamağı səbirsizliklə gözləyirəm”, - Stoltenberq bildirib.