STP Şirkətlər Qrupu velosiped zolaqlarının quraşdırılması layihəsində iştirak edəcək

stp-sirketler-qrupu-velosiped-zolaqlarinin-qurasdirilmasi-layihesinde-istirak-edecek
Oxunma sayı: 1548

STP Şirkətlər Qrupuna daxil olan STP Polimer şirkəti Bakı şəhərinin küçələrində velosiped zolaqlarının quraşdırılması layihəsində tərəfdaş şirkət kimi tenderdə qalib olub.

“Qafqazinfo” xəbər verir ki, ümumi büdcəsi 535 661 manat təşkil edən layihəyə əsasən STP Polimer 2024-cü il ərzində 7 min ədəd zolaq ayırıcı və qoruyucu dəstlər istehsal edəcək. Onu da qeyd edək ki, Bakı şəhərinin baş planına əsasən 2040-ci ilə kimi 286 kilometrlik ərazini əhatə edəcək zolağın quraşdırılmasına 120 min zolaq ayırıcı dəstlərinin istehsal olunması nəzərdə tutulub. Bu isə öz növbəsində 660 ton tullantının yenidən emal olunması deməkdir.

Qeyd edək ki, “Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində STP Şirkətlər qrupu “#yashilplanet” sloqanı altında ətraf mühitin qorunmasına çağırış edir. İstehsalat sonrası yaranan tullantılardan ətraf mühitə ziyan vurulmadan səmərəli istifadəsi, nəyinki sözügedən layihədə həmçinin bütün istehsalat zamanı prioritet olaraq qalacaq.

Məlumat üçün qeyd edək ki, STP Polimer şirkəti Sumqayıt Texnologiyalar Parkının ərazisinə görə ikinci ən böyük müəssisədir. 2009-cu ilin dekabrında fəaliyyətə başlayan bu zavod müxtəlif polimer boruların istehsalında ixtisaslaşıb və regionun polimer məmulatları istehsal edən ən iri sənaye müəssisələrindən biridir. Bundan əlavə şirkətdə polimer fitinqlər, sarınmış və polimer kompozit borular, mikser-dozator və kabel plastikatı, su və kanalizasiya boruları, lövhə istehsalı sahələri fəaliyyət göstərir.

Bütün istehsal prosesi Almaniyanın “Krauss Maffei”, “Unicor”, “Krah”, Avstriyanın “Battenfield Cincinatti”, “Fux”, İtaliyanın “Omipa” və Türkiyənin “Mikrosan” şirkətlərinin istehsalı olan ən müasir texnoloji avadanlığın köməyi ilə həyata keçirilir. Bütün hazır məhsullar Danimarkadan gətirilmiş laboratoriyalarda sınaqdan keçirilir. Bizim laboratoriyalar ISO 9001:2008 və ISO 17025:2008 standartlarına uyğun akkreditə olunub.

Almaniya istehsalı olan texnoloji avadanlıq və xammalın böyük hissəsi müasir beynəlxalq standartlara cavab verən məhsulların istehsalına imkan verir. Ümumi istehsal qabiliyyəti illik 250 000 tondan artıqdır.

STP Şirkətlər Qrupunun təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı *0990 Məlumat Mərkəzinə zəng edərək, şirkətin rəsmi internet səhifəsini (www.stp.az) və ya sosial şəbəkələrdə mövcud səhifələrini izləyərək əldə edə bilərsiniz.