“STP”nin Baş direktoru vəzifədən gedir

stpnin-bas-direktoru-vezifeden-gedir
Oxunma sayı: 4746

“Sumqayıt Texnologiyalar Parkı” MMC-nin Baş direktoru Emin Məmmədov tutduğu vəzifədən azad olunacaq.

“Qafqazinfo”ya daxil olan məlumata görə, “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin Baş direktoru Emin Məmmədov öz xahişi ilə 17.07.2020-ci il tarixindən etibarən tutduğu vəzifədən azad olunacaq.

Müvəqqəti olaraq Baş direktor vəzifəsi üzrə səlahiyyət Baş maliyyə inzibatçısı Rauf Atakişiyevə həvalə olunur.