Fevralın 16-da Fransanın Strasburq şəhərindəki “l’Odyssée” kinoteatrında müstəqil litvalı rejissor Andreas Brokasın “Endless Corridor” (“Sonsuz dəhliz”) sənədli filminin nümayişi keçirilib. Avropa Şurası və Avropa Parlamenti kimi təsisatların məkanı olan bu şəhərdə keçirilmiş gecədə 26 fevral 1992-ci il tarixində baş vermiş Xocalı qətliamının qurbanları yad edilib.
“Qafqazinfo” xəbər verir ki, filmin nümayişi Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşəbbüsü ilə Heydər Əliyev Fonduun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində təşkil edilib.
Azərbaycanın dostlarından ibarət auditoriya qarşısında çıxış edən Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Strasburq ofisinin direktoru Eliza Pieter bildirib ki, təşkilat Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 8 may 2008-ci il tarixində başlanmış Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində bu tədbirləri təşkil etdiyi üçün qürur hissi duyur. Bu kampaniyanın qısa zaman kəsiyində geniş vüsət alması regionda ədalətin bərqərar edilməsində beynəlxalq dəstək olacaqdır. Bu dəstək Avropa, Amerika, Asiya və Afrikada 100-dən artıq ölkədə tədbirlərin keçirilməsi ilə ifadə olunub.
Xocalı qurbanlarına həsr olunmuş xatirə gecəsi fransalı bəstəkar Pyer Tilloyun özünün iştirakı ilə “Xocalı 613” adlı əsərinin ifası ilə yekunlaşdı. Bu əsər 2013-cü ildə “Victoires de la Musique Classique” klassik musiqi mükafatına layiq görülüb.
Film “Xocalıya ədalət” təbliğat-təşviqat kampaniyası çərçivəsində Türkiyənin “Kanal 24”, “CNN Türk”, Albaniyanın Milli Televiziyasında, İsrailin“Channel 1” və “Eurochannel” televiziya kanalında nümayiş etdirilib.




Son xəbərlər
Son Xəbərlər