Stüardessalara qarşı nalayiq hərəkətlər etdi - 25 min dollar cərimələndi

stuardessalara-qarsi-nalayiq-hereketler-etdi
Oxunma sayı: 2603

ABŞ-da “American Airlines” aviaşirkətinə məxsus təyyarədə sərnişinlə stüardessa arasında dava olub.

Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, 23 yaşlı kişi spirtli içkilər qəbul etdikdən sonra o, stüardessalara qarşı nalayiq hərəkətlər edib. Belə ki, onlardan birinin ayağına, digərinin isə qarnına vurub. Bundan sonra hadisəyə pilot da müdaxilə edib. Sərnişindən yerində oturmağı xahiş olunub. O isə bu xahişə əməl etməyib.

Təyyarə eniş etdikdən sonra kişi polislər tərəfindən saxlanılıb. O, 25 min dollar girov pul müqabilində sərbəst buraxılıb.

Ona ABŞ-a məxsus təyyarələrdə uçmaq da qadağan olunub.