Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ərini bıçaqlayaraq öldürən 27 yaşlı Nuridə Kərimovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin icraatında olan iclasda təqsirləndirilən N.Kərimova ifadə verib.
O bildirib ki, əri Vüqar Kərimovla münasibətləri normal olmayıb: “Vüqar hər gün içib gəlib evdə dava salırdı. Həmin gün də sərxoş idi. Evdə mənlə mübahisə etdi, itələyib məni divara vurdu. Gördüm ki, yerdən stul götürdü, başıma vurmaq istəyirdi. Tez bıçağı götürüb onu qorxutmaq istədim. Özümdə deyildim, onu vurmaq istəmirdim. Vüqar üstümə gəldi, bıçaq onun sinəsinə dəydi”.
Məhkəmə kollegiyası prosesə qatılmayan şahidlərin məcburi gətirilməsi haqda qərar verib.
Proses fevralın 9-da davam etdiriləcək.
Qeyd edək ki, hadisə 2016-cı il iyulun 23-də Sabunçu rayonu, Ramana qəsəbəsində baş verib.
Son xəbərlər
Son Xəbərlər