Ştutqart Bakıya rəqib oldu

stutqart-bakiya-reqib-oldu
Oxunma sayı: 670

Almaniyanın Ştutqart şəhəri 2019-cu ildə Avropa Liqasının final oyununu keçirmək uğrunda mübarizə aparacaq. “Qafqazinfo” xəbər verir ki, bu haqda Almaniya Futbol İttifaqı (AFİ) məlumat verib. Bu hüquq uğrunda Almaniyanın digər şəhəri - Frankfurt da mübarizə aparmaq niyyətində imiş. Ancaq xüsusi komissiya Ştutqartı seçib. 

AFİ prezidenti Reynhard Qrindel hər 2 şəhərin stadionlarından sifariş qəbul etdiklərini bildirib: "Bunlar əla yerlərdi. Əminəm ki, birgə inamlı sifariş ərizəsini təqdim edəcəyik. Ümid etmək istəyərdik ki, Almaniyada futbol fanatları 2019-cu ildə klub futbolunda dünyada möhtəşəm finalın həyəcanını yaşaya biləcəklər".

Xatırladaq ki, 2019-cu ildə Avropa Liqasının finalı mayın 29-da keçirilcək. Həlledici matçın hansı şəhərdə olacağı bu ilin senyabrında açıqlanacaq. Namizəd şəhərlər arasında Bakı da var. AFFA Bakı Olimpiya Stadionunun namizədliyini həmin ildə həm Avropa Liqası, həm də Çempionlar Liqasının finalna təqdim edib.