Ştutqart Mağazalar Şəbəkəsi müştəriləri ilə görüşdü

stutqart-magazalar-sebekesi-musterileri-ile-gorusdu-
Oxunma sayı: 1497

Martın 9-da, Park Bulvar alış-veriş mərkəzində baş tutan tədbirdə tanınmış sənət adamları da iştirak ediblər. Hər il ənənəvi olaraq keçirilən görüş xanımlara güllər paylanması ilə başlayıb. Bundan sonra çıxış edən Ştutqart Mağazalar Şəbəkəsinin icraçı direktoru Qoşqar Cəfərov və satış departamentinin direktoru Fərhad Rəfiyev qonaqları salamlayaraq keçdikləri həyat yolu və mağazalarda olacaq yeniliklər barədə qonaqları məlumatlandırıblar. Görüşdə Raqif Raufoğlunun aparcılığı ilə müştəri və izləyicilərlə müxtəlif mövzularda sual – cavab keçirilib. Verilmiş suallara doğru cavab verən müştərilər qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Ştutqart Mağazalar Şəbəkəsinin reklam departamentinin rəhbəri Xəyal Həsənov bildirib ki, hər il 9 mart tarixində mağazalar şəbəkəsinin yaşı ilə əlaqədar bu tip tədbirlər keçirilir və bu ənənə gələcək illərdə də davam edəcək. “Əsas məqsəd müştərilərlə daha yaxın ünsiyyətdə olmaq, onları müxtəlif viktorinalarla sevindirmək və ənənəvi kampaniyalar haqqında informasiya çatdırmaqdır. Əgər bu gün artıq kifayət qədər xanım sürücülər də avtomobil idarə edirlərsə, deməli, belə ticarət mərkəzlərində görüş planlaşdırmaq olar. Maraqlıdır ki, sorqularımızda hər yaş qrupuna aid olan insanlar və eyni zamanda kişilər qədər xanımla da aktiv iştirak edirlər. 11 yaş münasibəti ilə şirkətimizin daha bir möhtəşəm tədbiri var ki, bu barədə də məlumat veriləcək.” –deyə bildirib.