Stuxlik Avroliqa matçına təyinat aldı

stuxlik-avroliqa-matcina-teyinat-aldi
Oxunma sayı: 855

AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Stuxlik yeni təyinat alıb. “Qafqazinfo” xəbər verir ki, o, Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Şaxtyor” (Belarus) – “Sfintul George” (Moldova) oyununun hakim-inspektoru olacaq.

Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, qarşılaşma avqustun 27-də Soliqorsk şəhərindəki “Stroitel” stadionunda gerçəkləşəcək.