Su anbarına düşən kişinin meyiti tapıldı - Yenilənib

su-anbarina-dusen-kisinin-meyiti-tapildi
Oxunma sayı: 1462

Tovuzda 1 nəfər su anbarına düşüb.

“Qafqazinfo”nun FHN-ə istinadən verdiyi xəbərə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub. Belə ki, Tovuz rayonunun Vahidli kəndində Tovuzçay su anbarına düşdüyü ehtimal olunan 1950-ci il təvəllüdlü Dilənov Vidadi Allahverdi oğlunun axtarışlarının aparılmasına köməklik göstərilməsi üçün müraciət olunub.

Hazırda Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb edilib.

***

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu V. Dilənovun meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil verib.

Elmar Əli