Martın 10-da Qazax rayonunun Cəfərli kəndi ərazisində Ağstafaçay su anbarında batdığı ehtimal edilən 1978-ci il təvəllüdlü Məmmədov Elşən Rişad oğlu və 1981-ci il təvəllüdlü Omarov Aqif Sadiq oğlunun axtarışları bu gün davam etdirilib.
"Qafqazinfo" FHN-nin saytına istinadən xəbər verir ki, axtarışlara Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub. Axtarışlar nəticəsində E.Məmmədovun cəsədi batdığı yerdən 500 m aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Axtarışlar davam edir.
Son xəbərlər
Son Xəbərlər