Su anbarında batma təhlükəsi olan şəxs belə xilas edildi - Video

su-anbarinda-batma-tehlukesi-olan-sexs-bele-xilas-edildi
Oxunma sayı: 3304

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəmkir su anbarında 1 nəfərin batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Bu barədə "Qafqazinfo"ya FHN-dən məlumat verilib. 

Bildirilib ki, hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları cəlb edilib.

Xilasetmə əməliyyatı ilə 1993-cü il təvəllüdlü Nəsibov Əli Vaqif oğlu “Şəmkir” dalğıc-axtarış qurupunun dalğıcları tərəfindən xilas edilib.