Su anbarında boğulan balıqçının cəsədi tapılıb - Yenilənib

su-anbarinda-bogulan-baliqcinin-cesedi-tapilib
Oxunma sayı: 1666

Şəmkir rayonunun Yenikənd su anbarında balıqçı batıb.

“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub.

Vətəndaşın axtarışlarına başlanılıb.

***

Şəmkir rayonu, Yenikənd kənd ərazisində yerləşən su anbarında (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 150 km aralı, nəzarətsiz ərazidə) balıq tutarkən boğulmuş şəxsin cəsədi tapılıb.

“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, 1956-cı il təvəllüdlü Qədimov Çingiz İbad oğlunun cəsədi batdığı yerdən 50 metr aralıda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 16:15-də başa çatıb.