Bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Mingəçevir su anbarında 1 nəfərin çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dərhal Xidmətin xilasediciləri vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 13:28-də başa çatıb.
Son xəbərlər
Son Xəbərlər