Su basmış elektrik stansiyasında son vəziyyət - Video

su-basmis-elektrik-stansiyasinda-son-veziyyet
Oxunma sayı: 2189

Xəbər verildiyi kimi, ötən gün Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən Astara Modul tipli Elektrik Stansiyasının ərazisinin bir hissəsi intensiv yağışlar səbəbindən subasmaya məruz qalıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) “Qafqazinfo”ya verilən məlumata görə, görülmüş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib.

Qeyd edək ki, suçəkmə işlərinə Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi, Dövlət Yanğından Mühafizə Xidməti və Mülki müdafiə qoşunlarından ümumilikdə 41 nəfərdən ibarət şəxsi heyət, 9 texnika, 5 motopompa və 3 nasos cəlb olunub.

Həmçinin oxuyun: Фото 16-летней Айлы, погибшей в результате несчастного случая - Фото