Su bayramı faciəyə səbəb oldu - 181 ölü, 1777 yaralı

su-bayrami-facieye-sebeb-oldu
Oxunma sayı: 4841

Taylandda hər il aprel ayında keçirilən Su bayramı bu il də çoxsaylı insan itkisinə səbəb olub.

“Qafqazinfo”nun xarici KİV-ə istinadən verdiyi məlumata görə, festival ərəfəsində ilk 3 gündə 181 nəfər yol qəzasının qurbanı olub, 1777 nəfər xəsarət alıb. Bu barədə ölkənin Cəmiyyətin Sağlamlığı və Koordinasiya Departamentindən bildirib.

Departamentin açıqlamasında qeyd olunub ki, 11-13 aprel tarixlərində 750 yol qəzası olub ki, nəticədə 65 nəfər həlak olub.

Xunta tərəfindən əvvəlcədən ciddi tədbirlər görülsə də, festivalın keçirildiyi 5 gün ərzində sərxoş halda avtomobil idarə edən 64 min insan həbs olunub, 1500-dən çox avtomobil cərimə meydançasına aparılıb.