5 iyun “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı ərəfəsində “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin AMEA-nın Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun birgə təşkilatçılığı ilə “Azərbaycanın su təhlükəsizliyi: görülmüş işlər, mövcud vəziyyət və perspektivlər” mövzusunda keçirilmiş dəyirmi masada bu məsələ ilə bağlı ətraflı müzakirələr aparılıb. “Azərsu” ASC-dən “Qafqazinfo”ya daxil olan məlumata görə, AMEA Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov bildirib ki, su təhlükəsizliyi məsələsi qlobal miqyasda başlıca problemlərdən biridir: “Azərbaycanda şirin su ehtiyatlarının əsas hissəsinin ölkə hüdudlarından kənarda formalaşması nəzərə alınaraq son illər ölkəmizdə su təsərrüfatı sahısində irimiqyaslı layihələr icra olunub.
“Azərsu” ASC-nin “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun direktor müavini, professor Fərda İmanov bildirib ki, iqlim dəyişmələri, sənayenin inkişafı, ətraf mühitin və su hövzələrinin çirkləndirilməsi su ehtiyatlarından səmərəli istifadə məsələsinin aktuallığını artırır: “ Azərbaycanda su təhlükəsizliyinin təmin edilməsi məqsədilə daxili hövzələrdə yaranan su ehtiyatlarından daha səmərəli istifadə edilməsi, su ehtiyatlarının regionların cari və perspektiv tələbatlarına uyğun paylanması istiqamətində araşdırmalar aparılır. Son dövrlərdə müşahidə olunan qlobal istiləşmə və quraqlıqla əlaqədar alternativ su mənbələrinin tədqiqi və işlənməsi istiqamətində tədbirlər görülür. O, tullantı sularının düzgün idarəolunması və təmizlənərək təbiətə qaytarılmasını su təhlükəsizliyinin təmin olunmasında vacib həlqədən biri kimi qiymətləndirib”.
“Azərsu” ASC-nin Su mənbələrinin, emal qurğularının idarə olunması və ekologiya şöbəsinin rəisi Erkin Rüstəmov respublikadanın içməli su mənbələri barədə məlumat verib. Bildirib ki, əhalinin fasiləsiz və Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun keyfiyyətli içməli su ilə təmin edilməsi məqsədilə “Azərsu” ASC tərəfindən son 10 ildə icra olunmuş layihələr çərçivəsində Bakı şəhəri və regionlarda ümumi məhsuldarlığı saniyədə 18,5 kubmetr olan 39 yeni su mənbəyi yaradılıb və bu sahədə işlər davam etdirilir. İqlim dəyişmələrinin su mənbələrinin məhsuldarlığına təsiri barədə danışan
“Azərsu” ASC-nin Mərkəzi Labpratoriyasının müdiri Elçin Əliyev Azərbaycan əhalisinə verilən içməli suyun keyfiyyət standartlarına tam uyğun olduğunu xatırladaraq, mənbələrdən başlayaraq son istehlakçıya qədər onun keyfiyyətinin daim nəzarətdə saxlanıldığını bildirib. Onun sözlərinə görə Bakı şəhərində yaradılmış müasir laboratoriya, eləcə də 9 regional labortaoriya hər bir mənbədən götürülən suyun daim nəzarətdə saxlanmasını təmin edir. O, qeyd edib ki, bu laboratoriyalar yarandıqdan sonra içməli və tullantı sularının öyrənilən parametrlətinin sayı 39-dan 110-a, monitorinq nöqtələrinin sayının isə 7 ədəfədən çox artırılaraq 1300-ə çatdırılıb.


Son xəbərlər
Son Xəbərlər